Axşam saatlarında Gədəbək rayonunun İnəkboğan kəndində yerli sakin bıçaqlanıb.

Unikal.org-un report.az-a istinadən məlumatına görə, 1978-ci il təvəllüdlü rayon sakini Tağıyev Elçin Zirəddin oğlunun hansı səbəbdən çıçaqlandığı hələ məlum deyil.

O, əvvəl Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Əməliyyat olunan yaralının vəziyyəti ağırdır.

Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.