Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat  verilib.

Bildirilib ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Sumqayıt səhər sakini, 1993-cü il təvəllüdlü Elvin Cəbrayılov idarə etdiyi "Lada Priora markalı, 50 CV 315 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1987-ci il təvəllüdlü Zaur Oruc oğlu Mustafayevi vurub. Piyada yerindəcə ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.