Bakıda intihar hadisəsi baş verib.

Unikal.org  xəbər verir ki, bu barədə Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi, ev 7-a ünvanında baş verib. Həmin ünvanda yaşayan, 1996-cı il təvəllüdlü Babayev Baba Fərhad oğlu yaşadığı evdə qollarını ülgüclə doğrayıb. Nəticədə B. Babayev hadisə yerində ölüb.

İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.