Azərbaycanın əməkdar həkimi vəfat edib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları QSC (AZAL) Hava Limanlarının İstismarı İdarəsi rəisinin tibbi-sanitar xidməti üzrə müavini Şövkətxanım Ataməliyeva 92 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ş.Ataməliyeva 1925-ci ildə Bakı şəhərində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, təyinatla Ordubada göndərilib. 1953-cü ildə Bakıya qayıdaraq, aviasiya tibb xidməti sahəsində çalışmağa başlayıb. O, ömrünün 64 ilini aviasiya tibb- sanitar xidməti işinə həsr edib. Ş.Ataməliyeva 2008 -ci ildə Mülki Aviasiyanın 70 illik yubileyində Prezident təqaüdünə layiq görülüb və Mülki Aviasiyanın inkişafında mühüm xidmətlərinə görə yubiley medalı ilə təltif edilib. Dəfələrlə "Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərman və mükafatlarını alıb.

Sövkətxanımın 2 övladı, 2 nəvəsi və 3 nəticəsi var.