İnstaqramda "rəqs edən milyonçu kimi məşhurlaşan, 8 milyondan çox izləyicisi olan dünya şöhrətli italiyalı rəqqas Canluka Vakki Bakı Şopinq Festivalının xüsusi qonağı olaraq paytaxtımıza təşrif buyuracaq.

Unikal.org Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumatına görə, çılğın rəqsləri, dəbdəbəli həyat tərzi ilə tanınan italyan biznesmen və filantrop C.Vakki mayın 5-6-da öz DJ proqramı ilə Bakı Şopinq Festivalına qatılacaq.

O, festivalın ruhuna uyğun "Enjoy ("Zovq al) şüarı ilə paytaxt sakinlərini öz sürprizləri ilə sevindirəcək.

Qeyd edək ki, aprelin 10-dan mayın 10-dək Bakıda ilk dəfə keçiriləcək sözügedən festivalın əsas məqsədi ölkədə turizmlə yanaşı, sahibkarlığın inkişafına dəstək olmaqdır.