Bakıda gecə saatlarında 3 avtomobilin şüşələri sındırılıb.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Xətai rayon sakini Elnur Müslümov ona məxsus olan "Nissan X-Trail markalı avtomobilin, Ələmdar Cəfərov "Mercedes, Vitali Vitaliyeviç isə "Honda markalı avtomobilin şüşələrinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını bildirib. Avtomobillərdən hər hansı oğurluq edilməyib.

Başqasının əmlakını qəsdən məhv edən şəxslər axtarılır.