Sumqayıtda sərxoş şəxs avtomobilinin oğurlanması barədə polisə yalan məlumat verib.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, martın 29-da Sumqayıt şəhər sakini Rövşən Əliyev 4-cü PB-yə müraciət edib martın 29-na keçən gecə ona məxsus "VAZ-2106" markalı avtomobilin qaçırılmasını bildirib.
Avtomobil həmin gün Ceyranbatan qəsəbəsi ərazisində tapılıb.
Araşdırmalar zamanı məlumat təsdiqini tapmayıb. Müəyyən edilib ki, R.Əliyev həmin gün sərxoş vəziyyətdə olduğundan avtomobili harada saxladığını unudub.