Bu gün səhər 11 radələrində Qusar şəhərində İmamqulukənd-Qusar marşrutu ilə işləyən sərnişin avtobusu qəza törədib.
Unikal.org istipress-ə istinadən xəbər verir ki, Qusar şəhər sakini, 51 yaşlı Qalib Məhsimovun idarə etdiyi PAZ markalı sərnişin avtobusu qəfildən yoldan çıxaraq yolun sağındakı mağazaya çırpılıb.
Qəza nəticəsində 15 nəfər sərnişin tutumu olan avtobusda sərnişinlərin sayı açıqlanmasa da, burada xeyli sərnişinin olduğu deyilir. Hələlik Qusar Rayon Mərkəzi Xəstəxanasına bir nəfərin müxtəlif sınıqlarla daxil olduğu deyilir. Qəza zamanı avtobusun qarşısına digər avtomobil çıxdığından sürücü mağaza tərəfə hərəkət etməyə məcbur olub.
Qəzanın başvermə səbəbi araşdırılır.