Göyçay rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay şəhərində baş verib.
Rayon sakini, 2012-ci il təvəllüdlü Kazımlı Xədicə Azər qızı Göyçay çayının kənarında oynayarkən ehtiyatsızlıq edib və qəflətən suya düşüb. Uşaq köməksiz vəziyyətdə qaldığı üçün boğularaq ölüb. Çayda su səviyyəsi çox olduğuna görə 5 yaşlı uşağın meyitini tapmaq çətinləşib. Hazırda çayda axtarış işləri davam etdirilir.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.