Qəbələ rayonunda intihar hadisəsi baş verib.
Unikal.org xəbər verir ki, Qəbələ rayon Polis Şöbəsindən trend-ə verilən məlumata görə, hadisə bu gün rayonun Nohurqışlaq kəndində baş verib. Kənd sakini, 1973-cü il təvəllüdlü Allahverdiyeva Natavan Elman qızı özünü yaşadığı ünvanda asaraq intihar edib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.