Bakıda 17 yaşlı qız faciəli şəkildə ölüb.

Unikal.org bildirir ki, Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun E. Qasımov küçəsi ev 14, mənzil 75 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 2000-ci il təvəllüdlü Natəvan Xankişi qızı Quliyeva 7-ci mərtəbədən yıxılaraq ölüb.

Hadisənin bədbəxt hadisə və ya intihar olub-olmadığı araşdırılır.