Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər  verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Heydər Əliyev Beynəlxalq Hava Limanından "Koroğlu metrostansiyasına gedən yolda bir "VAZ 2101, bir "VAZ 2106, bir "Hyundai, iki "Mercedes markalı avtomobil və yük maşını toqquşub. Hadisə nəticəsində yolda qısamüddətli tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.