Şamaxı rayonunda 2 evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, rayonun Sabir qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan 1 mərtəbəli 4 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları və evə bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan 1 mərtəbəli 6 otaqlı mənzilin dam örtüyünün yanar konstruksiyaları 8 m2 sahədə yanıb.

Mənzillərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.