Yasamal rayonunun C.Cabbarlı küçəsində 2 nəfərin ölümü ilə nətcilənən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Yasamal rayonunun C.Cabbarlı küçəsində Bakı şəhər sakini Salman Binnətli "Mercedes markalı avtomobili idarə edərkən yolun kənarında dayanan Yadulla Məmmədova məxsus "Mercedes markalı avtomobilə vurub.

Nəticədə idarəetməni itirən S.Binnətlinin avtomobili yolu keçən paytaxt sakini Elçin Əliyevə dəyib və sonra ağaca çırpılıb. E.Əliyev və S.Binnətli hadisə yerində ölüb, avtomobildə olan 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.