Bir müddət əvvəl Bakıda 53 yaşlı qadının nəticəsi dünyaya gəlib.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayon sakini olan və 16 yaşı hələ tamam olmamış qızın ana olması ilə bağlı başlanmış cinayət işinin araşdırması zamanı məlum olub ki, onun anası və nənəsi də 18 yaşdan tez ailə qurub. Məlum olub ki, ana olan qızın nənəsinin hələ 53 yaşı var.
Qeyd edək ki, Azərbaycanın bir çox yerlərində yeniyetmə qızların ərə verilməsi faktları hələ də mövcuddur. Qanun isə 16 yaşı hələ tamam olmamış şəxslə hər hansı cinsi münasibəti qadağan edir. Bir çox hallarda evlənən bu gənclər məsuliyyətdən yayınmaq üçün evdə uşaq dünyaya gətirirlər.