Bakıda 37 yaşlı kişi üzərinə divan düşməsi nəticəsində ağır xəsarət alıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Şamil Kazımov küçəsi 21 ünvanındakı mənzillərdən birində yaşayan 1980-ci il təvəllüdlü Babayev Tural Xanmirzə oğlu evdə sərxoş vəziyyətdə divanı qaldırıb. Nəticədə T.Babayev ağırlığa tab gətirməyərək yıxılıb. Divan onun üzərinə düşüb. T.Babayev sınıq xəsarətləri alaraq 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisənin dəqiq hansı şəraitdə baş verməsi Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının araşdırmalarından sonra məlum olacaq.