Bakıda iki avtomobil toqquşub, yaralanan var.

Unikal.org-un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Aeroport yolunda "Chevrolet" markalı avtomobil yüksək sürətlə hərəkət edərkən "Mercedes" markalı minik avtomobilinin arxasına çırpılıb. Qəza baş verən zaman "Chevrolet"də olan sərnişin 1973-cü il təvəllüdlü Sədaqət Tağıyeva bədən xəsarətləri alıb. S.Tağıyeva xəstəxanaya yerləşdirilib.

Qəzanın baş verdiyi əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.(report)