Neftçala rayonunda məktəb binasının dam örtüyü uçub.

Unikal.org xəbər verir ki, Neftçala rayon Fövqəladə Hallar Komissiyasından report-a verilən məlumata görə, bu gün günorta saatlarından etibarən rayonda güclü külək əsməyə başlayıb. Küclü külək nəticəsində rayonun Xıllı qəsəbə 1 saylı tam orta məktəb binasının dam ötüyü uçaraq yerə düşüb. Dərs saatları olmadığından xəsarət alan olmayıb. Lakin, məktəbin binasına ciddi ziyan dəyib.

Qeyd edək ki, məktəb binasının dam örtüyü ötən ilin yayında yenilənmişdi.