Bakıda mənzildə 80 yaşlı qadının meyiti tapılıb.
Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1937-ci il təvəllüdlü Paqarelova Diana Alekseyevnanın meyitini aşkar edərək aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 20:54-də başa çatıb.