Bakı-Ələt magistral yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, "Mercedes markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində sürücü və bir qadın sərnişin hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər üç nəfər isə xəsarət alıb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, yaralılar ora gətirilib. Onlardan birinin vəziyyəti ağırdır.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alanlar arasında polis əməkdaşı da var.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır. Ölən və yaralanan şəxslərin adları dəqiqləşdirilir.