Gədəbəydə yanğın hadisəsi qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gədəbəy rayonu, Qozqaralı kəndində vətəndaşa məxsus ümumi sahəsi 78 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 1,5 ton ot bağlaması yanıb.

Yanğın zamanı tövlədə olan ev quşları tüstüdən boğularaq tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.