Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Əlislam İslamov yüksək dozada narkotik maddə qəbul etməsi səbəbindən dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, mərhumun ölümü ilə bağlı müxtəlif şayiələr irəli sürülüb.
İddiaya görə, sənətçi toyda olan zaman vəfat edib.
"Qafqazinfo mövzu ilə bağlı meyxanaçının qardaşı ilə əlaqə saxlayıb.
O, mərhumunun evdə olduğunu deyib, "peredozdan öldüyün təsdiqləyib:
"Məlumatları kim verib? Gedib öz işləriylə məşğul olsunlar. Təcili yardım xidmətində də şikayət edəcəyik. Mərhum keçinəndən 25 dəqiqə sonra gəldilər. Bunu da biləsiz. Ölüm səbəbi "peredozdur. Dünyasını dəyişərkən də evdə olub.