Sabirabad rayonunda minik avtomobili yük maşını ilə toqquşub.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Şıxlar kəndində vətəndaşlara məxsus "KamAZ markalı yük və "VAZ markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.