Kür çayında batan şəxsin meyiti tapılıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 27-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı məntəqədən 25 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.
Bu gün 1976-cı il təvəllüdlü Əsədov İsmayıl Şərif oğlunun cəsədi batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.