Qazax rayonunda fəhlə ehtiyatsızlıqdan laqonda ilə ayağını kəsib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində baş verib.

Kənd sakini, 1991-ci il təvəllüdlü, Əfəndiyev Turxan Maksim oğlu daş karxanasında işləyən zaman ehtiyatsız davranaraq laqondayla sağ ayaq baldırının ön səthini kəsib.

Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb. Dərhal həkimlər tərəfindən əməliyyata alınıb və lazımi tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.