Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. "Nissan markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşın yolun kənarında olan maneəyə çırpılıb. 

Qəza zamanı maşında olan 1994-cü il təvəllüdlü Yusifov Qəzənfər müxtəlif bədən xəsarətləri alaraq, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.