Yevlax rayonunun Aran qəsəbəsində 1 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Unikal.org reprot-a istinadən xəbər verir ki, rayonda yol çəkilişi zamanı 59 yaşlı Zaqatala sakini ehtiyatsızlıqdan asfalt hamarlayan texnikanın altına düşüb.
Ağır xəsarət alan Elxan İmanov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.