Qazax sakinin başına dəmir parçası düşüb.
Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Kəmərli kənd sakini 1992-ci il təvəllüdlü Tapdıq Tomarov yaşadığı evdə iş görən zaman ehtiyatsızlıq nəticəsində onun başına dəmir parçası düşüb.
Xəsarət alan gənc xəstəxanaya yerləşdirilib. Tibbi yarıdm göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.