Bakının Sabunçu rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, qəza Zabrat qəsəbəsində "Mercedes markalı minik avtomobili ilə "Kamazın toqquşması nəticəsində qeydə alınıb.

Hadisə zamanı "Mercedesdə olan sərnişin, 1957-ci il təvəllüdlü Bənövşə Balabəy qızı Allahverdiyeva ağır xəsarət alıb. O, 3 saylı Şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə, qəzaya minik avtomobilinin yüksək sürətlə hərəkət etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.