Sabirabad rayonunda minik avtomobili yük maşını ilə toqquşub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Şıxlar kəndində KamAZ markalı yük və VAZ markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.