Tovuzda dəm qazından zəhərlənmə olub.
Unikal.org bildirir ki, APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayon sakini 1972-ci il təvəllüdlü Məhərrəmova Qəmər Rahib qızı yaşadığı evin hamamında olarkən dəm qazından zəhərlənib.
Q. Məhərrəmova dərhal Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.