Bakıda turist bədbəxt hadisə ilə üzləşib.
Bir neçə gün əvvəl paytaxta turist kimi gəlmiş və "Landmark otelində yaşayan 1981-ci il təvəllüdlü Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Alsuvaydi Fatimə Məhəmməd qızı gecə saatlarında otelin həyətində ehtiyatsızlıqdan yıxılıb.
Bədən xəsarətləri alan 36 yaşlı qadın "Baku Medical Plazaya aparılıb və ona tibbi yardım göstərilib. (Lent.az)