Bərdədə bıçaqlanma hadisəsi qeydə alınıb.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, rayonun Lənbəran kəndində Həmid
Əliyev həmkəndlisi Mehman İsmayılovu çayxanada baş verən münaqişə
zəminində bıçaqlayıb.
Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən M. İsmayılova 3 bıçaq zərbəsi vurulduğu məlum olub. M. İsmayılovun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.