Bu gün İsveçdə 60 qədər məktəblinin olduğu avtobus qəzaya uğrayıb.

Unikal.org-un SVT telekanalına istinadən verdiyi məlumata görə, avtobus İsveçin Xeredalen əyalətində şosedə aşıb.

Nəticədə 3 nəfər ölüb, 56 nəfər xəsarət alıb. Xəsarət alanların 6-ı ağır durumdadır.