Avstraliyanın Kvinslend ştatının Er şəhərində xilasedicilər və yanğın söndürənlər regiona düşən Debbi fırtınasının avtomobil yoluna atdığı köpək balığını tapıblar.

Unikal.org xəbər verir ki, bu barədə məlumat Brisbane Times-da yer alıb.

Məlumata görə, ələ keçirilən zaman təhlükəli yırtıcı ölü olub. Fövqəladə hallar nazirliyinin nümayəndəsi əhalini ehtiyatlı olmağa çağırıb.