Rusiyanın Voronej şəhərində "Qalereya Çijova" ticarət mərkəzində yanğın baş verib.
Unikal.org bildirir ki,yanğın nəticəsində 1 nəfər xəsarət alıb, 5 min 500 insan isə təxliyə edilib.
"5 min 500 insan təxliyə edilib, 1 nəfər isə xəsarət alıb. Ticarət mərkəzi araşdırma bitənə qədər fəaliyyət göstərməyəcək", - mənbə bildirib.
O qeyd edib ki, yanğın Moskva vaxtı ilə saat 19:20-də söndürülüb. Yanğının səbəbləri müəyyənləşdirilir.
Qeyd edək ki, "Qalereya Çijova" ticarət mərkəzi 25 mərtəbədən ibarətdir və Voronej şəhərinin ən hündür binası sayılır.