Tovuzda zəhərlənmə olub.
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, rayonun Hacıalı kənd sakini, 1996-cı il təvəllüdlü Nəbili Çinarə Asif qızı zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, qadın pomidor turşusu yeyəndən sonra zəhərlənib.