Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 18 m² sahədə əriyib. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.