Suraxanı rayonunda "DAEWOO markalı minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "DAEWOO markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yol kənarındakı elektrik dirəyi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.