Bakıda naməlum şəxsi avtomobil vurub öldürüb. 

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, aprelin 3-də saat 1 radələrində Xətai rayonunun Nobel prospektində müəyyən edilməyən avtomobillə yolu keçən 55-60 yaşlı kişi vurulub və nəticədə o, hadisə yerində ölüb.

Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.