Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, 30 nəfər təxliyə edilib.

Unikal.org ARB 24-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 56 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.