Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq metrosunda baş vermiş partlayışla bağlı açıqlama verib.

Unikal.org TASS-a istinadən verdiyi məlumata görə, Putin Pterburq metrosunda baş vermiş partlayışda ölənlərin yaxınlarına və doğmalarına başsağlığı verib.

Belaruslu həmkarı ilə görüşü zamanı Putin bildirib ki, partlayışla əlaqədar bütün versiyalar araşdırılır.

Onun sözlərinə görə, hələlik partlayışın səbəbləri məlum deyil.