Qazaxda təkər təmiri sexində işləyən iki nəfər xəsarət alıb.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Qazax şəhərində qeydə alınıb. Təkər təmiri sexində avtomobil təkərinə hava vuran zaman şin partlayıb.
Hadisə zamanı sexdə işləyən Kamuna kənd sakini, 1964-cü il təvəllüdlü Elçin Axundov və Ağköynək kənd sakini 1985-ci il təvəllüdlü Əmiraslan Əmiraslanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.