Çaqqallar Kürdəmirin Cəyli kəndində 2 təsərrüfata ziyan vurublar.
Unikal.org-un ARB TV-yə istinadən xəbər verir ki, yırtıcılar Salamat Hacıyev və Təşkilat Nəsirova məxsus ümumilikdə 15 baş xırda buynuzlu heyvanı yaralayıblar.
Maraqlısı odur ki, çaqqallar gec yox, məhz səhər saatlarında heyvanlara hücum ediblər. Xırdabuynuzlulardan tələf olanı yoxdur. Yaralı heyvanlara vaksinlər vurulub, ərazi dezinfeksiya edilib.
Kürdəmirdə təsərrüfatlara yırtıcı hüxumunun artması da təsadüfü deyil. Mütəxəssislər bunu son vaxtlar yırtıcıların sayının artması ilə əlaqələndirirlər.
Baytarlar hücumların qarşısının alınması üçün çıxış yolunun olduğunu bildirirlər.
Bir neçə gün öncə isə canavarların ardıcıl olaraq Kürdəmirin bir neçə kəndində fərdi təsərrüfatlara hücumu tələfatla nəticələnib.