Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərində yük lifti 12 metrlik yüksəklikdən yerə çırpılıb. Bildirildiyinə görə, liftdə olan 6 fəhlədən bəziləri Azərbaycan vətəndaşları olub.
Unikal.org bildirir ki, ağır xəsarət alanlar fəhlələr xəstəxanaya çatdırılıb.
Fəhlələr liftlə metal lövhələri daşıyırmışlar. 47 yaşlı Familin onurğa sütunu sınıb. Faciədə o, özünü günahlandırır - texniki təhlükəsizlik qaydalarını pozub.
Qeyd olunur ki, lift insanları sdaşımaq üçün nəzərdə tutulmayıbmış.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırırlar.