Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq şəhərində "Texnoloji institut metrostansiyasının yaxınlığında, terror aktının baş verdiyi ərazidə olub.

Unikal.org-un  "Tass.ruya istinadən verdiyi məlumata görə, Putin Rusiya vaxtı ilə saat 23:00-da baş çəkdiyi əraziyə qırmızı gül dəstəsi qoyub.

O, hadisəni şərh etməyib və jurnalistlərlə ünsiyyət saxlamayıb.

Qeyd edək ki, Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində 11 nəfər ölüb, 45 nəfər yaralanıb.