Fövqəladə Hallar Nazirliyi ötən gecə Təzə Bazarda baş verən yanğın haqda açıqlama yayıb.

Unikal.org  xəbər verir ki, nazirliyin məlumatında  bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 1,5 ha olan "TƏZƏ BAZAR ərazisində birmərtəbəli mağazaların yanar konstruksiyaları 400 m2 və piştaxtalar 400 m2 sahədə yanıb. Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.