Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili işlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, aprelin 3-də saat 21 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Nurlan Əlizadə idarə etdiyi "Saipa" markalı avtomobillə yolu keçən qəsəbə sakini Ramin Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.