Bakıda ahıl kişi bədbəxt hadisə nəticəsində ölüb.

Binəqədi rayon Polis İdarəsindən Unikal.org-a  verilən məlumata görə, 1-ci mədən, korpus 43, ev 509 ünvanında yaşayan, 87 yaşlı Atamoğlan Xudu oğlu Cəfərov martın 27-də yıxılaraq xəstəxanaya yerləşdirilib.

A. Cəfərov aldığı xəsarətdən bu gün xəstəxanada dünyasını dəyişib.