Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında qatar sərnişini vurub.

Unikal.org axar.az-a istinadən xəbər verir ki, bu haqda sərnişinlərdən biri məlumat verib. Onun bildirdiyinə görə, hadisə nəticəsində platformanın kənarında dayanmış orta yaşlı qadın ağır xəsarət alıb.

Təcili tibbi yardım maşını hadisə yerinə 25 dəqiqə sonra çatıb.

Qadın xəstəxanaya aparılıb.

***12:56

Hadisə ilə bağlı Unikal.org "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Qurum rəsmisi bildirib ki, xəsarət alan şəxs 50-55 yaşlı Adıgözəlova Rəfiqə adlı xanımdır: "O, təhlükəsizlik qaydalarına riayət etmədiyinə görə qatar platformaya daxil olarkən bədbəxt hadisə baş verib. Qatar xanımı vurub. Həmin an Təcili yardım çağrılaraq onu xəstəxanaya aparıblar".